Vasif Talıbovun general yeznəsi DANIŞDI: “Heç bir səlahiyyətim yox idi”

Vasif Talıbovun general yeznəsi DANIŞDI: “Heç bir səlahiyyətim yox idi”

Hazırda oxunan: Vasif Talıbovun general yeznəsi DANIŞDI: “Heç bir səlahiyyətim yox idi”

114622

“Mənim Naxçıvan Muxtar Respublikasında, onun hansısa bir qurumlarında baş verənlərlə hər hansı bir əlaqəm yoxdur. Guya, Naxçıvanı tərk etməyim barədə səslənən fikirlər isə absurddur”.

Bizim.Media xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsi daxili işlər nazirinin və Gömrük Komitəsinin sədr müavini olmuş general Səbuhi Novruzov deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Səbuhi Novruzovun Muxtar Respublikanı tərk etdiyi barədə xəbərlər yayılıb.

Əməkdaşımızla söhbətində yaş həddi ilə bağlı hazırda təqaüdə çıxdığını deyən Səbuhi Novruzov evində olduğunu bildirib: 

”Mənim bu məsələlərin heç biri ilə əlaqəm yoxdur. Gömrükdə aşkar olunmuş faktlara aidiyyətim yoxdur. Çünki həmin quruma bir ildir təyin olunmuşdum. Heç bir səlahiyyətim yox idi”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO