Şəhidin iki körpə oğlu bit dərmanı İÇDİ – Vəziyyətləri ilə bağlı TƏBİB-dən AÇIQLAMA 

Şəhidin iki körpə oğlu bit dərmanı İÇDİ – Vəziyyətləri ilə bağlı TƏBİB-dən AÇIQLAMA 

Hazırda oxunan: Şəhidin iki körpə oğlu bit dərmanı İÇDİ – Vəziyyətləri ilə bağlı TƏBİB-dən AÇIQLAMA 

114360

44 günlük Vətən müharibəsinin 43-cü gününün şəhidi Əliyev Əmrah Urfan oğlunun körpələri səhlənkarlıq səbəbindən bit dərmanı içiblər.

Hadisə ötən gün Tovuz rayonunun Dondar Quşçu kəndində yaşanıb. Uşaqların vəziyyətinin ağır olduğu bildirilir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, vəziyyətləri normallaşan şəhid övladları evə buraxılıb: 

“Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə zəhərlənmə şübhəsi ilə 4 nəfər 11.01.2023-cü il tarixində saat 01:00 radələrində yerləşdirilib.
Onlara zəruri tibbi xidmətlər göstərilib və saat 03:10 radələrində ambulator müalicə üçün evə buraxılıblar. Bundan sonra da evə 3 dəfə təcili tibbi yardım göndərilib və vəziyyətləri nəzarətdə saxlanılıb. Hazırda səhhətləri ilə bağlı heç bir narahatlıq yoxdur. 3 dəfə olmaqla zəhərlənənlərin evinə təcili tibbi yardım göndərilib”.

Məlumat üçün bildirək ki, zəhərlənən şəxslər şəhid Əmrah Əliyevin iki oğlu -  2019-cu il təvəllüdlü Əliyev Adəm Əmrah oğlu, 2021-ci il təvəllüdlü Əliyev Rüfət Əmrah oğlu, eləcə də azyaşlıların nənə və babasıdır.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi Əmrah Ürfət oğlu Əliyev 2020-ci il noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub. Əmrah Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, şəhidin yeganə qardaşını isə bu yaxınlarda avtomobil vuraraq həyatına son qoyub.

Alçina Amilqızı, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO