Cəlilabad rayonunun ucqar kəndlərinə güclü qar yağır.
Bizim.Media-nın cənub bürosunun məlumatına görə, rayonun bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 30 santimetrə çatıb.
Yerli sakinlərin sözlərinə görə, yağan qar rayonun Buravar, Badamağac, Əsədli, Ləkin, Musalı, Şatırlı və digər kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaradıb.
Qar səbəbilə Cəlilabad-Yardımlı yolu bağlanıb. Nəticədə sözügedən kəndlərin rayonla əlaqəsi kəsilib.
Zəhmətabad kəndində elektrik xəttlərinin qırılması nəticəsində bir sıra yaşayış məntəqələri işıqsız qalıb.
Hazırda rayonun ucqar dağ kəndlərində küləklə müşaiyət olunan güclü qar yağışı daha intensiv şəkildə davam edir.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu