Erməni kilsəsindən GİZLİ TAPŞIRIQ – Xankəndidə BU ADDIMLAR atılacaq

Erməni kilsəsindən GİZLİ TAPŞIRIQ – Xankəndidə BU ADDIMLAR atılacaq

Hazırda oxunan: Erməni kilsəsindən GİZLİ TAPŞIRIQ – Xankəndidə BU ADDIMLAR atılacaq

114029

Son insidentdən sonra Ermənistanda və qondarma rejimdə bir çox ermənilər Azərbaycana rəğbət bəsləməyə başlayıb.

Görünür, bu tendensiya da Xankəndidə və İrəvanda nasionalistlər və revanşistlərin xoşuna gəlməyib. Onun nəticəsidir ki, revanşistlər Azərbaycana rəğbət bəsləyən ermənilərin ovuna çıxmağa, onları hədələməyə başlayıblar.

Hətta gizli tapşırıqlar verilib ki, təcili aralarında Azərbaycana rəğbər bəsləyənlərin kimlər olduğunu müəyyən etsinlər. Bu fonda linc etmək üçün siyahı da tuturlar.
Aydın məsələdir ki, revanşist dairələrin bu addımı Azərbaycanın tərkibində yaşamaq istəyən erməniləri qorxutmaq, onları bu istəkdən çəkindirmək məqsədi daşıyır. Çünki başa düşürlər ki, belə bir istəyin reallaşacağı təqdirdə, Qarabağdakı erməni əhalisi çox asanlıqla azərbaycanlılarla birgə yaşayışa tərəfdar çıxacaqlar.

Bu isə birmənalı şəkildə millətçi və revanşistlərin maraq və mənafelərinə tərs mütənasibdir. Ona görə ki, həmin vəziyyətin yaranması ilə revanşistlər tamamilə darmadağın olmaqla, indi tutduqları mövqelərini birdəfəlik itirməli olacaqlar.

Məhz bu amilin nəticəsidir ki, sözügedən dağıdıcı qüvvələr Azərbaycana rəğbət bəsləyən erməniləri təhdid etməyə başlayıblar.

Amma anlamırlar ki, bu hərəkətlərilə heç bir halda məqsədlərinə çata bilməyəcəklər. Çünki mövcud vəziyyətdə ermənilər üçün əlverişli çıxış yolu Azərbaycan qanunlarını və vətəndaşlığını qəbul etməkdən keçir. Bunsuz onların gələcəyi yoxdur.

Onlar anlamır ki, Qarabağ erməniləri gec və ya tez Azərbaycanın tərkibində yaşayacaq, çünki başqa yolları yoxdur. Buna qarşı olanlar isə ərazini tərk edib getməli olacaqlar. Cinayət törədənlər isə əvvəl-axır məsuliyyətə cəlb olunacaqlar.

Bu fonda prosesə əngəl olan, hər bir qaniçən erməni millətçisi Azərbaycandan itiqovan kimi qovulacaq və ya həbs ediləcəklər.

Hazırda Azərbaycan tərəfindən də Qarabağdakı separatçı-millətçilərdən ibarət kəsimin siyahısı tutulur. Onlar törətdiləri cinayətlərə görə, qanun qarşısında cavab verməli olacaqlar. Bu zaman heç bir yerə də qaça bilməyəcəklər. Elə Laçın yolunda hamısı həbs ediləcək.

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev qeyd edir ki, erməni revanşist və millətçilərini Azərbaycana rəğbət bəsləyən erməniləri təhdid etməyə təhrik edənlərin başında erməni kilsəsi dayanır:

“Həmçinin, Fransa, Rusiya, habelə erməni diasporu və erməni siyasətçiləri bu prosesdə maraqlıdır. Bu da ondan irəli gəlir ki, həmin dairələrin indiyə kimi yaratdıqları mif dağılır. Azərbaycan eko fəallarının 30 günlük aksiyası ermənilərin yüz illərlə uydurduqları mifi tamamilə dağıdıb”.

C. Nuriyev deyir ki, ermənilər arasında Azərbaycana rəğbət bəsləyənlərin ovuna çıxmaqla çalışırlar ki, onları qorxutsunlar:

“Amma gecdir. Artıq Qarabağdakı alban kökənli ermənilərlə gəlmə ermənilər arasında qarşıdurma sürətlə artır. Çünki alban kökənli ermənilər Azərbaycanın digər ərazilərində yaşayan albanlar üçün hər bir şəraitin yaradıldığını gördülər. Bu fonda alban ermənilərlə Qarabağdakı gəlmə ermənilər arasında uçurum daha da dərinləşir.

O biri tərəfdən, yerli ermənilərin nümayəndəsi Vitali Balasanyanla, gəlmə Ruben Vardanyan və Bako Saakyan arasındakı qarşıdurma da dərinləşir. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən erməniləri hədələmək və qorxutmaqla onları əllərində saxlamaq istəyirlər. Amma artıq qatar gedib, alınmayacaq. Hər şey Azərbaycanın istədiyinə uyğun olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO