Qar yağdı, taksilər qiymətləri “ceyran belinə” QALDIRDI 

Qar yağdı, taksilər qiymətləri “ceyran belinə” QALDIRDI 

Hazırda oxunan: Qar yağdı, taksilər qiymətləri “ceyran belinə” QALDIRDI 

113751

Bakıya 2023-cü ilin ilk qarı yağıb. Gecə saatlarından başlayan qarın yağması bu gün də davam edəcək. 

Qar səbəbindən hərəkət çətinləşib. Paytaxtın ictimai nəqliyyatında yaranan gecikmələr və dayanacaqlarda yaranan sərnişin sıxlığı taksilərə tələbatı artırıb.

Taksi sürücüləri isə qar fürsətindən yararlanaraq qiymətləri “ceyran belinə” qaldırıblar. İstər özəl taksi fəaliyyəti ilə məşğul olanlarda, istərsə də “Bolt”, “Uber” və “Yango” kimi taksilərdə qiymət artımı ilə müşayiət olunub. 

Sərnişinlərin sözlərinə görə, taksi şirkətləri və fərdi şəxslər normal hava şəraitində qiyməti ucuz qoyur, hava şəraiti dəyişdikdə isə bundan sui-istifadə edərək, qiymətləri 4-5 dəfə artırıblar. 

Bakıətrafı qəsəbələrdə belə “manatlıq” deyilən taksi şirkətləri də qar fürsətindən yararlanaraq qiymətləri qaldırıb. Bundan əvvəl sözügedən taksi şirkətləri 8-9 manat arası dəyişən məsafə üçün hazırda 16-18 manat gediş haqqı tələb edirlər.

“Manatlıq” taksilər isə qiyməti 2-3 manata qaldırıb.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Bizim.Media-ya açıqlamasında taksi qiymətlərinin dəyişən tarif olduğunu bildirib:

“Düzdür, Nazirlər Kabinetinin taksi fəaliyyəti ilə bağlı tələblərində tövsiyə olunan qiymətlər var. Orada orta qiymət belədir ki, taksi sifariş edəndə qiymət 1 manat 50 qəpikdən başlayır. Daha sonra gediş haqqı orta qiymət olaraq 1 kilometrinə görə 50 qəpik götürülür. Amma bu fiks qiymətlər deyil.

Taksidə ümumiyyətlə fiks qiymətlər olmur, dəyişəndir.

Məsələn günün saatlarına, iqlim dəyişikliyinə və mövsümi xarakterə görə qiymətlər dəyişir. Tələb artdıqca qiymət artır, tələb azaldıqca qiymət azalır”. 

Qeyd edək ki, taksi fəaliyyəti və qiymətləri dövlət tərəfindən tənzimlənmir. Amma taksi fəaliyyətində vahid mərkəzin olması gözlənilir. Prezident İlham Əliyev ötən ilin əvvəlində fərman imzalayıb. Ardınca Baş Nazirin sərəncamı da var. Həmin sənədlərdə Bakı şəhərində taksi fəaliyyətinin tənzimlənməsinə ciddi ehtiyac  olduğu bildirilir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO