Ağır qəzada yaralanan ana və oğlu 10 gün sonra öldü - FOTO

Ağır qəzada yaralanan ana və oğlu 10 gün sonra öldü - FOTO

Hazırda oxunan: Ağır qəzada yaralanan ana və oğlu 10 gün sonra öldü - FOTO

113295

Dekabrın 25-i Bakı-Quba magistralının Şabran rayonundan keçən hissəsində ağır qəzada xəsarət alan ana və oğlu xəstəxanada vəfat edib. 

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, “Hyundai” markalı avtomobillə toqquşandan sonra aşan “Opel”də ağır xəsarət alan 47 yaşlı Samirə Əliyeva və 29 yaşlı oğlu Fariz Bayramoğlu Sumqayıtdakı xəstəxanada dünyasını dəyişib. 

Qəzada ailənin digər üzvü, S.Əliyevanın həyat yoldaşı Bayram Həsənov yüngül xəsarətlər alıb. 

Qeyd edək ki, F. Bayramoğlunun iki yaşlı qızı yadigar qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO