“5 dəqiqə də yatım, oyanıram” vərdişi sağlamlığımıza necə təsir edir?

“5 dəqiqə də yatım, oyanıram” vərdişi sağlamlığımıza necə təsir edir?

Hazırda oxunan: “5 dəqiqə də yatım, oyanıram” vərdişi sağlamlığımıza necə təsir edir?

113192

Yeni ilə qədəm qoyarkən bir çoxumuzun hədəflərindən biri də axşam daha erkən yatıb, səhər tez oyanmaq olur. Lakin bir çox hallarda buna elə ilin ilk həftələrindən əməl edə bilmirik.

Bəzilərimiz mübarizəni davam etdirsək də, təslim olanların da sayı az olmur. 

Axşam gec saatlarda yatan adamlar səhər oyanmaq üçün qurduqları siqnalı “5 dəqiqə də yatım, oyanaram” deyərək dəfələrlə təxirə salmalı olurlar. Nəticədə isə yarıyuxulu oyanmış halda günə əsəbi, stressli başlayırıq. 

Mütəxəssislərin fikrincə, ən yaxşı yuxu rejimi axşam tez yatıb səhər telefon siqnalı çalmadan özümüzün oyanmağımızdır. Belə ki, yuxunun sonuna yaxın simpatik aktivlik və stress hormonu getdikcə artır. Bu zaman kortizon və onunla birlikdə insulinin artmağa başladığı bir mərhələ ilə insan ayılmağa başlayır. Bu təbii keçid pozularsa, bəzi problemlər yarana bilər.

Vücudumuz gündüz işləmək, gecə isə yuxuda dincəlmək üçün proqramlaşdırılıb. Melatonin hormonu sayəsində gündüzləri yorulmuş hüceyrələrimiz gecə saatlarında özünü bərpa edir.

Qaranlıq və sakit bir mühitdə yatdığımız zaman bu möcüzəvi hormon – melatonin gecə 23:00 və 02:30 aralığında daha çox olmaqla səhər saat 05:00-a qədər ifraz olunmağa davam edir.

Buna görə həmin saatları yuxuda olmaq sağlamlığımıza müsbət təsir edir. 

Axşam yatmazdan 1 saat əvvəl elektron cihazları söndürmək, bir qədər  kitab oxumaq da daha dərin yuxuya getməyimizə kömək edir. Önəmli məqamlardan biri də yatmazdan bir neçə saat əvvəl qida qəbulunu dayandırmaqdır. Ancaq bu halda orqanizm yuxuda olarkən dincələ bilər.

Son zamanlar “minimum yuxu” ilə bağlı təbliğ getsə də, mütəxəssislər 8 saat yatmağın vacib olduğunu bildirirlər. Onlar həmçinin, axşam ən gec 11-də yatılarsa, səhər zəngli saata belə ehtiyac olmadan oyanmağın mümkün olduğunu söyləyirlər. Bu isə günə stressiz və xoş ovqatda başlamaq deməkdir. Əgər səhərlər özünüz oyanmaqda əziyyət çəkirsinizsə, bu halda yavaş-yavaş yüksələn siqnalla oyanmaq lazımdır. Anidən ucadan səslənən siqnal səsinə oyanmaq stressə səbəb olur. 
Səhər saatı qurduğu vaxtda oyana bilmir, “5 dəqiqə də yatım, oyanaram” deyərək siqnalı təxirə salırsınızsa, deməli, orqnizminizi ehtiyacı olan yuxu ilə təmin etməmisiniz. Bu halda isə gün ərzində özünüzü yorğun, yuxulu hiss edəcəksiniz və növbəti gün daha çox yatmalı olacaqsınız.

Bu hal həm də diqqətin dağılmasına səbəb olur, fokslanmaqda çətinlik yaradır. 

Mütəxəssislər həmçinin, bildirirlər ki, səhər oyanmaq üçün ağıllı telefonlarda siqnal qurmaq əvəzinə zəngli saatlardan istifadə etmək daha məqsədəuyğundur. Səhər üçün qurularaq çarpayıdan uzağa qoyulmuş saatı söndürmək üçün yerinizdən durmağınız siqnalı təxirə salıb yenidən yuxulamamağınızı da sığortalamış olur. 

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO