“Yağış sularının idarə olunması ilə əlaqədar qanunvericilikdə yenilənməyə, təkmilləşməyə ehtiyac duyulur”.
Bizim.Media-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.
Onun sözlərinə görə, Bakının yeni hazırlanan Baş planında bu məsələlər aktuallığı ilə qeyd olunacaq:
“Qanunvericilikdə müvafiq dəyişikliklər ediləcək ki, yağış suları bilavasitə dənizə axıdılmasın, onlar yığılsın, gələcəkdə istifadəsi üçün su anbarları tikilsin”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:01 / 09.02.2021
Yağış sularının istifadəsi üçün su anbarları tikiləcək
Hazırda oxunan: Yağış sularının istifadəsi üçün su anbarları tikiləcək
Hazırda oxunan: Yağış sularının istifadəsi üçün su anbarları tikiləcək
11317
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.