Tiflisdə erməni aksiyaları davam edir - FOTOLAR

Tiflisdə erməni aksiyaları davam edir - FOTOLAR

Hazırda oxunan: Tiflisdə erməni aksiyaları davam edir - FOTOLAR

1131

Oktyabrın 22-də Tiflisin Metromşeni kvartalından Avlabardakı Surb Eçmiadzin kilsəsinədək “Ədalətli mübarizədə Artsaxa dəstək” adı altında yürüş keçirilib. Yürüşü Gürcüstandakı erməni gənclər birliyi təşkil edib.

Bizim.Media JNEWS-a istinadən məlumatın verir ki, yürüşdə 1000-dək adam iştirak edib.

Onlar sülh naminə şam yandırıb, əsas xristian ibadəti olan liturgiya ritualı keçiriblər, kilsənin keşişi Tev Tatev Marukyan isə “Qələbə, ilk növbədə dua ilə gələcək, ” – deyə çıxış edib və “100 il əvvəlki kimi düşmənlə üz-üzə qalan” erməni döyüşçülərin qol gücünə xeyir-dua verib.

Xatırladaq ki, bu, artıq ermənilərin Gürcüstanda keçirdiyi ikinci aksiyadır. Birincidə onlar Gürcüstan KİV-indən Dağlıq Qarabağ müharibəsi haqda obyektiv məlumatlar yaymağı tələb etmişdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO