Ötən il Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 8 % artıb - RƏSMİ

Ötən il Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 8 % artıb - RƏSMİ

Hazırda oxunan: Ötən il Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 8 % artıb - RƏSMİ

113067

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 110,1 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 7,7 %, rezin və plastik kütlə məmulatlarının istehsalında 6 %, kimya sənayesi məhsullarının istehsalında isə 2,7 % artıb.

Bu barədə Bizim.Media-ya Dövlət Statistik Komitəsindən bildirilib.

Eyni zamanda rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 61,5 %, kimya sənayesi məhsullarından metanol (metil spirti) istehsalı 43,3 %, lak-boya məmulatlarının istehsalı 15,8 % artıb, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 35 % azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO