"Avropada işim bitib" - Ronaldo

Hazırda oxunan: "Avropada işim bitib" - Ronaldo

112980

Avropada mənim işim bitib. Hər şeyi qazandım, Avropanın ən böyük klublarında oynadım. İndi Asiyada yeni bir çağırış var. Sevinirəm ki, Əl-"Əl-Nəsr mənə bu fürsəti təkcə futbolun inkişafı üçün deyil, həm də yeni nəsil naminə, həm də qadınlar, gənc oğlanlar üçün verdi. xoşbəxtəm və çox qürur duyuram".

Bizim.Media xəbər verir ki, bu sözləri "Əl-Nəsr"in yeni transferi Kriştiano Ronaldo təqdimetmə mərasimində deyib.

"Mənim keçidim unikaldır? Bəli, çünki mən unikal oyunçuyam (gülür) . Mən Avropanın bütün rekordlarını qırmışam və burada da bəzi rekordlar qırmaq istəyirəm” - deyə o bildirib.

37 yaşlı oyunu Səudiyyə Ərəbistanında futbolun səviyyəsi ilə bağlı söyləyib:

“Son 10-15 ildə futbol dəyişib. Bir çox ölkələr daha yaxşı oynamağa başladılar. Unutmayın ki, Səudiyyə Ərəbistanı dünya çempionatında Argentinanı məğlub edən yeganə komandadır. Səudiyyə Ərəbistanı çempionatının oyunlarına baxdım və deyə bilərəm ki, insanlar bu liqada rəqabətin nə dərəcədə yüksək olduğunu bilmirlər".
Ronaldo bu ölkədə qadın futbolunu inkişaf etdirmək istədiyini də vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO