Qəbələdə şəhid ailə üzvləri ilə görüş: Qayğı və problemləri öyrənildi – FOTO

Qəbələdə şəhid ailə üzvləri ilə görüş: Qayğı və problemləri öyrənildi – FOTO

Hazırda oxunan: Qəbələdə şəhid ailə üzvləri ilə görüş: Qayğı və problemləri öyrənildi – FOTO

112891

Qəbələ rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbəsində bir qrup şəhid ailəsi ilə görüş keçirilib, onları narahat edən problemlər dinlənilib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Qəbələ rayon icra hakimiyyətindən məlumat verilib. 

Bildirilib ki, görüşdə  rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi polkovnik Anar Ağabəyov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Ordumuzun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan bəhs edərək onların şücaətlərinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Görüş zamanı Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsində göstərdikləri igidliyə görə layiq görüldükləri (“3-cü dərəcəli Rəşadət” və “3-cü dərəcəli Vətənə xidmətə görə”) ordenlər şəhidlərin ailə üzvlərinə təqdim olunub.
Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri qarşılaşdıqları bir sıra çətinliklərdən danışıb, qayğılarının həlli istiqamətində görülən işləri qeyd ediblər.

Bir daha şəhid ailərinin qayğı və problemləri müvafiq orqanlar tərəfindən qeyd edilərək xüsusi nəzarətə götürülüb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO