Britaniyada itkin düşən azərbaycanlı tələbə qız tapıldı – YENİLƏNİB - FOTO

Britaniyada itkin düşən azərbaycanlı tələbə qız tapıldı – YENİLƏNİB - FOTO

Hazırda oxunan: Britaniyada itkin düşən azərbaycanlı tələbə qız tapıldı – YENİLƏNİB - FOTO

112881

Britaniyada itkin düşdüyü deyilən azərbaycanlı tələbə Fəridə Əliyeva tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə onun bacısı Səbinə Əliyeva məlumat verib.

“Bacım yaşadığı evi dəyişdiyi və telefonu bir neçə gün sönülü olduğu üçün əlaqə qura bilmədik və narahat olduq. Düşündük ki, bəlkə azərbaycanlı tələbələrdən kimləsə əlaqəsi olar, ona görə də post paylaşdıq. Ancaq dünən artıq biz onun sağ-salamat olduğunu və yerini bildik”, - deyə o, qeyd edib.

09:44

***

Britaniyanın Mançester şəhərində təhsil alan həmvətənimiz Fəridə Əliyeva Elman qızı itkin düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə “Facebook” qruplarından birində ailənin məlumatı paylaşılıb. 

Qeyd edilib ki, hadisə ilə bağlı 27 dekabrda polisə məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO