Binəqədidəki partlayışda həlak olan polis əməkdaşı Qubada dəfn olunacaq - Özəl - FOTO 

Binəqədidəki partlayışda həlak olan polis əməkdaşı Qubada dəfn olunacaq - Özəl - FOTO 

Hazırda oxunan: Binəqədidəki partlayışda həlak olan polis əməkdaşı Qubada dəfn olunacaq - Özəl - FOTO 

112855

Bu gün Bakının Binəqədi rayonunda Cavadxan küçəsində baş verən partlayışda həlak olan polis əməkdaşı Məhəmməd Babayev Qubanın İkinci Nügədi kəndindəndir.  

Bizim.Media-nın mərhumun Qubada yaşayan qohumlarından əldə etdiyi məlumata görə, Məhəmməd Babayev Bakı Şəhər Dövlət Yol polisi idarəsində işləyirdi.  

Mərhum 2 ay yarım idi, ailə həyatı qurmuşdu. Hadisənin onun qaynatasına məxsus evdə baş verdiyi deyilir, həyat yoldaşı partlayış zamanı Qubada olub.  

Artıq mərhum polis əməkdaşının meyiti doğulduğu Qubanın İkinci Nügədi kəndinə gətirilib.

Məhəmməd Babayev sabah həmin kəndin məzarlığında torpağa tapşırılacaq.  

Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO