Lula da Silva 3-cü dəfə Braziliya prezidenti kimi and içdi - VİDEO

Lula da Silva 3-cü dəfə Braziliya prezidenti kimi and içdi - VİDEO

Hazırda oxunan: Lula da Silva 3-cü dəfə Braziliya prezidenti kimi and içdi - VİDEO

112750

Lula da Silva üçüncü dəfə Braziliya prezidenti kimi and içib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri “RecordNews” telekanalı yayıb.

Mənbə yazır ki, and içmək üçün o, ölkə Konqressinin binasına gəlib.

Eyni zamanda o, 30 ildən çox əvvəl ona verilən qələmlə andı imzalayıb.

“1989-cu ildə Piaui ştatında keçirilən seçki kampaniyasında mənə qələm hədiyyə olundu və seçkidə qalib gəlsəm, onunla prezidentlik andı imzalamağı xahiş etdilər. Sonra qalib gəlmədim”, deyə siyasətçi qeyd edib.

Onun sözlərinə görə, 2003 və 2007-ci illərdəki seçkilərdə qalib gəldikdən sonra bunu edə bilməyib, çünki onu özü ilə aparmağı unudub.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO