DYP əməkdaşlarından uşaqlara hədiyyə - FOTO

DYP əməkdaşlarından uşaqlara hədiyyə - FOTO

Hazırda oxunan: DYP əməkdaşlarından uşaqlara hədiyyə - FOTO

112688

Zaqatala rayon polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları bu dəfə yollarda nəqliyyat vasitələrini hansısa qanun pozuntusuna görə deyil, tamam fərqli bir işə görə saxlayıb. Söhbət valideynləri ilə yol gedən, ya küçədən keçənlərin bayram hədiyyəsi ilə mükafatlandırılmasıdır.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, DYP əməkdaşları Zaqatala şəhərinin bir neçə küçə və prospektlərində keçirilən tədbirlər zamanı avtomobillərdə sərnişin qismində olan, eləcə də piyada hərəkətdə olan uşaqlara bayram hədiyyələri təqdim edərək onlara bayram sevinci yaşadıb.

Qarşılaşdıqları mənzərədən məmnun qalan valideynlər DYP əməkdaşlarının bu nəvazişindən, balacalara göstərilən diqqət və qayğıdan razılıq edib, polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO