Seymur Talıbovun bacanağı Bakıya gətirildi - FOTO

Seymur Talıbovun bacanağı Bakıya gətirildi - FOTO

Hazırda oxunan: Seymur Talıbovun bacanağı Bakıya gətirildi - FOTO

111711

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağı Hümbət Qəhrəmanov dindirilmək üçün Bakıya gətirilib.

Bizim.Media xəbər verir ki, bu barədə naxçıvanlı jurnalist Heydər Oğuz "Facebook" səhifəsində paylaşım edib.

Qeyd edək ki, Hümbət Qəhrəmanov məmur övladıdır. Onun atası Elçin Qəhrəmanov uzun illər Naxçıvanın Tikinti və Arxitektura Komitəsinin sədri olub. Hümbət Qəhrəmanov 5-6 il bundan əvvələ qədər Naxçıvanda bir idarədə adi mühasib vəzifəsində çalışıb.
Muxtar respublikanın sabiq daxili işlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurandan sonra Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovla bacanaq olub.

Hümbət Qəhərəmanov Naxçıvanda xərçəng biznesi ilə də məşğuldur. Onun Naxçıvan şəhərinin Əliabad qəsəbəsi yaxınlığında “Xərçəng” dəniz məhsulları müəssisəsi fəaliyyət göstərir. Hümbət Qəhrəmanov Naxçıvan şəhərində “Nataktari” adlı restoran açıb, Talıbovlara məxsus “Sizin” marketin idarəçiliyi onun ixtiyarına verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO