Coğrafiya İnstitutunun direktorundan KOBUDLUQ – “Yatıb qalmısız...” - FOTO

Coğrafiya İnstitutunun direktorundan KOBUDLUQ – “Yatıb qalmısız...” - FOTO

Hazırda oxunan: Coğrafiya İnstitutunun direktorundan KOBUDLUQ – “Yatıb qalmısız...” - FOTO

11148

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə bağlı alimlər son vaxtlar həyəcan təbili çalmağa başlayılar. Son 5 ildə intensivləşən bu proses gözləgörünəcək şəkildə də müşahidə olunmağa başlayıb.

Belə ki, son 5 ildə relyefdən asılı olaraq Xəzər dənizinin suyu ciddi şəkildə azalıb. 

Bu il Abşeron, Sumqayıt, Muxtadır qəsəbəsinədək olan sahələrdə dənizin suyunun çəkilməsi daha qabarıq şəkil alıb.

Həmçinin Lənkəranın bəzi yerlərində Xəzərin suyu 2-4 metr çəkilib, Nabranda bu, 200, 300 metr təşkil edir, bəzi ərazilərdə isə çəkilmə daha çoxdur.

Xəzərin Neftçala sahillərindən tutmuş, Lənkəranın Nərimankənd qəsəbəsinə qədər olan ərazi relyefdən asılı olaraq, bəzi yerlərdə 2 km-ə qədər geri çəkilib. 

Alimlərin fikrincə, növbəti 25 il ərzində, təxminən 2050-ci ilə qədər Xəzər dənizinin səviyyəsinin enməsi gözlənilir. 2-3 il ərzində daha kəskin şəkil alacağı bildirilən qlobal problemin gələcəkdə daha böyük fəsadlar törədə biləcəyi deyilir. 

Xəzərin çəkilməsi problemi xarici mətbuatda da yer alıb. Ötən gün alman mütəxəssisləri Xəzər dənizinin 10 kilometrlərlə Bakını tərk edəcəyini açıqlayaraq gələcək aqibətindən narahatlıqlarını ifadə ediblər.

Bizim.Media qlobal problemi müzakirə etmək və ondan həlli yollarını aramaq üçün AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovla əlaqə yaradıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gündən fəaliyyətə başlayacaq “Qaynar xətt”in nömrəsi hələ bəlli deyil - FOTO


Direktor sualımızı eşidər-eşitməz kobud şəkildə reaksiya verib:

“Siz yatıb indi oyanmısız? 5 dəfə bu barədə danışmışam. İki aydır bu söhbət gedir. Müxtəlif saytlara danışmışam da...”, - deyə sərt şəkildə cavab verib.

Qeyd edək ki, jurnalistin peşə borcu cəmiyyət - oxucu, dinləyici, tamaşaçı qarşısında düzgün, obyektiv informasiyaya görə məsuliyyətini tənzimləyir. Bunun  üçün informasiya əldə etmək, yazmaq və ictimaiyyəti maarifləndirmək medianın peşə öhdəliyidir.

Təssüf ki, kifayət sayda qurum və idarə rəhbərləri onlara öz sahələri ilə bağlı müraciət edən jurnalstlərə birmənalı münasibət sərgiləmək etikasına malik deyillər. 

Rəsmi vəzifə daşıyan, cəmiyyətə və xalqa xidmət edən rəhbər şəxslər hələ də istənilən media nümayəndəsinə açıqlama, mövqe və məlumat verməyə borclu olduqlarını anlamaq istəmirlər. Eləcə də Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov... 

Adam son 5 ildə qlobal problemə və gələcəkdə fəlakətlərə yol açacaq məsələdən nəinki danışmaqdan, hətta məlumat verməkdən belə yorulub.

Üstəlik dördüncü hakimiyyət hesab olunan və cəmiyyəti məlumatlandırmaq rəhbəri tutan jurnalistlə normal davranış qaydasına sahib deyil.

Bu da təkcə Coğrafiya İnstitutunun deyil, ümumilikdə AMEA-nın özlərinə aid məsələlərdə hələ də “yatıb qaldıqlarını və nə vaxt oyanacaqları”nı sual altına alır.

Görünən odur ki, cəmiyyətə xidmət etməyən qurumların fəaliyyətsizliyi ucbatından hələ çox problemlərin həlli cavabsız qalacaq. 

Araşdırmamızı davam etdirəcəyik.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO