Hulusi Akardan Qarabağdakı minatəmizləmə əməliyyatları ilə bağlı AÇIQLAMA  

Hulusi Akardan Qarabağdakı minatəmizləmə əməliyyatları ilə bağlı AÇIQLAMA  

Hazırda oxunan: Hulusi Akardan Qarabağdakı minatəmizləmə əməliyyatları ilə bağlı AÇIQLAMA  

111436

Türkiyə Cənubi Qafqazda stabilliyə önəm verir, bölgədə sülhün bərpa olunması üçün böyük səylər göstərir. 

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar 2022-ci ilin yekunlarına dair iclasda bildirib. 

O, Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını Vətən müharibəsi ilə azad etdiyini xatırladıb. 

“Hazırda Türk Silahlı Qüvvələri Azərbaycan ordusuna modernizasiya, təlim, təhsil dəstəyi verir, azad edilmiş ərazilərdə minalardan təmizləmə prosesi davam edir. Bu günə qədər 12 mindən çox şəxsi heyət üçün təlim-təhsil verilib, 4 500 sursat aşkar edilərək məhv edilib, 284 kvadrat kilometr ərazi minalardan təmizlənib”, - deyə o bildirib. 

Akar əlavə edib ki, bu il ərzində Azərbaycan və Türkiyənin gücünü, qərarlılığını göstərən genişmiqyaslı “Qardaş Yumruğu” təlimi də daxil olmaqla toplamda 12 birgə təlim icra edilib:  

“Bundan sonra da Azərbaycan türklərinin yanında olmağa davam edəcəyik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO