“Dünya ermənilərinin üst təbəqəsi üçün Qarabağ ofşor zonadır” – Zahid Oruc

“Dünya ermənilərinin üst təbəqəsi üçün Qarabağ ofşor zonadır” – Zahid Oruc

Hazırda oxunan: “Dünya ermənilərinin üst təbəqəsi üçün Qarabağ ofşor zonadır” – Zahid Oruc

111212

“9 dekabrda Belçika polisi Avropa Parlamentinin viste-prezidenti Eva Kaylinin 4 nəfər ortağı ilə 1.5 milyon avro nağd pulla birlikdə həbsi haqqında dünya və ölkə mediası ətraflı məlumat verib. Lakin Avropa siyasi institutlarındakı son hadisə korrupsiya sxeminin yalnız görünən hissəsidir. Nüfuzları və qərarları ilə alver edən, 14 vitse-prezidentə malik Avropa Parlamentindəki son qalmaqalı “Daily telegraph” qəzeti Avropa Birliyinin varlığına zərbə adlandırıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında milət vəkili Zahid Oruc səsləndirib.

Deputat qeyd edib ki, on illərdir dövlətimizi ləkələməyə çalışan və qara siyahılara salanların siyasi riyakarlığı inkaredilməz dəlillərlə ortadadır. 

“Ölkəmizi kürü diplomatiyasında ittiham edənlər özləri Xəzəri udmağa hazırdılar. Ötən ilin noyabrında “Ermənistana qarşı təcavüz” adlı qətnamənin müəllifləri indi həbsə atılıblar. Təkcə AvroParlamentdə deyil, AŞPA-da, üzv ölkələrin siyasi partiyalarında, xüsusilə də, Belçika və Fransanın inzibati-bürokratik sistemində böyük erməni şəbəkəsi fəaliyyət göstərir. Müxtəlif təşkilatlar arxasında gizlənərək, Landromat və Panama, Peqasus kimi hibrid müharibə müəllifləri indi Pandora qutusundan çirkli pullarla birgə çıxıblar”.

Millət vəkili bildirib ki, Avropa Parlamentində “siyasi korrupsiya şəbəkəsi”sinin digər rəhbəri Rafael Qluksmandır. 

“Fevralın 8-də AvroParlamentin İnsan Hüquqları üzrə Alt Komitəsi “Azərbaycanda insan hüquqları pozuntuları və Bakının Aİ-nin siyasətinə müdaxiləsi”nə dair, martın 11-də “Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamə qəbul edir. Vətən müharibəsinin 2-ci ildönümü ərəfəsində və qlobal enerji böhranı fonunda Azərbaycanın geosiyasi əhəmiyyətinin artdığını görən qüvvələr, “hərbi əsirlər videosu”nu gündəmdə saxlayaraq Josef Borreldən qaz müqaviləsini dayandırmağı tələb etdilər. 

Oktyabrın 11-də AŞPA Komitəsində "Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına təhdidlər", daha sonra ingiltərəli deputat Hanna Bardelli Azərbaycan üzrə məruzəçi, 14 oktyabrda ATƏT PA-nın payız sessiyasında “Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar, o cümlədən yaşayış məntəqələrinə və mülki infrastruktura hücumlar” və “Avropa Şurasına üzv dövlətlərdə LGBT paradların və digər tədbirlərin keçirilməsi ilə bağlı qadağalar”a dair dinləmələr təşkil edilir.
AŞ Monitorinq Komitəsi Azərbaycan üzrə Liz Kristofersonu yeni həmməruzəçi təyin edir. Nəhayət, may ayının 2-də Azərbaycanda jurnalist, bloger və hüquq müdafiəçilərinə qarşı təhdidlərlə bağlı qətnamə 38 avrodeputatın imzasına əsasən 3-5 nəfərlik boş zalda səsə qoyulur və Avroparlamentin 705 üzvünün mövqeyi kimi təqdim edilir.

Beləliklə, Xocavənddə qızıl-mis oliqarxlarının Avropaya uzanan əlləri torpaq uğrunda mübarizə deyil, mənfəət davasıdır.

Avropalı deputatlara qızıl yataqlarının əllərindən çıxması birbaşa iqtisadi zərbədir. Sərvətlərimizi Azərbaycanın əleyhinə xərcləyirlər. Dünya erməniçililyi və təəssübkeşlərinin üst təbəqəsi üçün Qarabağ ofşor zonadır. Lakin yunan əsilli, erməni dostları qrupunun lideri Eva Kaylinin həbsinin Ermənistana böyük zərbə olduğunu nəzərə alaraq, Azərbaycan dövləti Belçika polisinə ölkəmiz əleyhinə qəbul edilən bütün qətnamələrin korrupsiya ekpertizasının keçirilməsini tələb etməlidir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO