RƏSMİ İRAN:

RƏSMİ İRAN: "Zelenski ABŞ-ın dəstəyi ilə kifayətlənən siyasi liderlərin taleyindən dərs almalıdır”

Hazırda oxunan: RƏSMİ İRAN: "Zelenski ABŞ-ın dəstəyi ilə kifayətlənən siyasi liderlərin taleyindən dərs almalıdır”

111198

İran Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Konqresində çıxışından sonra onu hədələyib. 

Bizim.Media “Times of İsrael"ə istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Naser Kanaani danışıb.

Məlumata görə, Ukrayna lideri Konqresdə çıxışı zamanı İranı müharibədə istifadə olunması üçün Rusiyaya pilotsuz uçuş aparatları verməkdə ittiham edib.   

“Cənab Zelenski yaxşı bilir ki, İranın bu cür əsassız iddialara qarşı strateji səbri sonsuz deyil. Ukrayna lideri ABŞ-nin dəstəyi ilə kifayətlənən bəzi digər siyasi liderlərin taleyindən dərs almalıdır”, - deyə Kanaani qeyd edib. 
Xatırladaq ki, cari ilin avqust ayında İranın Rusiyaya “Mohajer-6” və “Shahed” pilotsuz uçuş aparatları göndərdiyi məlum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO