Bu il ana olan MƏŞHURLAR - FOTO  

Bu il ana olan MƏŞHURLAR - FOTO  

Hazırda oxunan: Bu il ana olan MƏŞHURLAR - FOTO  

111063

Bu il də şou əhli öz amplualarından kənara çıxmadılar. Həm dalaşıb-barışdılar, həm çal-çağır qurub toy edib, qalmaqallı şəkildə boşandılar. Lakin elə məşhurlar da oldu ki, qucağına ilk və ya ikinci övladını aldı.

Bizim.Media bu il ana olan məşhurların siyahısını təqdim edir.

2022-ci il başlar-başlamaz aktrisa Ülviyyə Xəlilbəyli ilə həyat yoldaşı Murad İsmayıl ikinci dəfə “valideyn” statusuna sahibləndirlər.


Belə ki, sənətçi özəl xəstəxanaların birində yanvarın 10-u daha bir oğlan övladını dünyaya gətirdi. Cütlük körpələrinə Rəsul adını verdilər. Aşiqlərin Fuad adında daha bir oğlan övladı var.

AzTV-nin keçmiş aparıcısı Nurlana Cəfərova da bu il ikinci dəfə ana olub. Aparıcı avqust ayında qız övladı dünyaya gəlib. Qeyd edək ki, pandemiya ərəfəsində ailə quraraq Türkiyənin İzmir şəhərinə köçən Nurlananın Raini adlı bir oğlu var.


Bu il məşhur prodüser Təranə Səmədovaya düşərli illərdən biri olub desək, heç də yanılmarıq. Belə ki, hər zaman qalmaqallı açıqlamaları ilə gündəmə gələn prodüser avqustun birinci ongünlüyündə dünyaya ikinci dəfə qız övladı gətirərək, diqqətləri üzərinə cəmləyib. Qeyd edək ki, doğulan körpəsinə Adel adını verən Təranənin Suel adlı daha bir qızı da var.


Müğənni Vəfa Şərifova adını ikinci dəfə ana olan məşhurlar sırasına yazıb. Dünyaya oğlan övladı gətirən sənətçinin Məryəm adında daha bir qızı var. Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla evlidir.


Bu ilin sonu şou əhlinin dörd gözlə gözlədiyi və sevincinə şərik olduqları müğənni Sevda Yahyayeva da ana olub. İlk dəfə valideyn statusu alan sənətçinin qız övladı dünyaya gəlib. Sənətçi qızına Ayla adını verib. Qeyd edək ki, Sevda ötən il həkim-genetik Zakir Bayramovla ailə qurub.

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO