Toppuş bacı:

Toppuş bacı: "Səs sinirlərim tamamilə məhv olunub" - VİDEO 

Hazırda oxunan: Toppuş bacı: "Səs sinirlərim tamamilə məhv olunub" - VİDEO 

110934

"Hər yerdən çıxmışam. Heç yerə getmirəm. Səsimin batmasına səbəb isə beynimdəki şiş oldu. Sol tərəfimin səs sinirləri tamamilə məhv olunub. Şua terapiya görünür səs tellərimi bu hala salıb".  

Bizim.Media xəbər verir ki, bu sözləri Toppuş bacı ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva "Bizimləsən" ictimai-sosial verilişinin canlı efirinə "Skype" vasitəsilə qoşularkən deyib.  

Aktrisa bildirib ki, onkoloqların sözlərinə görə, bundan sonra onun səsi bir daha açılmayacaq:

"Bir çox həkimlər mənə baxdı, sonra onkoloqlarda baxdı və dedilər ki, səs sinirlərin tamamilə məhv olub. Bir aktrisa üşün səsinin olmamasının nə olduğunu yalnız mən deyə bilərəm. Buna da şükür". 

Tünzalə bildirib ki, "ağıllı dərman" adlı preparatın növbəti dozalarını almaq üçün 35 min manatdan 25800 manatı artıq toplanıb:

"15800 manat pul yığmışdım. 10000 manat isə dünən göndərdilər. Ümumi məbləğ 25800 manat oldu. 10000 manat çatışmır. Təbii ki, əlavə dərmanlarda vururam. Buna da min şükür".  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO