AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınmış reyslərin aqibətini AÇIQLADI  

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınmış reyslərin aqibətini AÇIQLADI  

Hazırda oxunan: AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınmış reyslərin aqibətini AÇIQLADI  

110695

Dekabrın 18-də əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmış 251/253 , 252/254 və 255/256 nömrəli reyslərinin sərnişinlərinin Bakıdan Naxçıvana uçuşu saat 21:10 və 23:30-da, Naxçıvandan Bakıya isə saat 23:30 və 01:50-də (21 dekabr) həyata keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin məlumatında bildirilib. 

"Planlaşdırılan uçuşa qeydiyyatdan keçmək üçün bu gün, dekabrın 20-də hava limanına öncədən yaxınlaşmağınız xahiş olunur", - deyə məlumatda qeyd edilib. 

AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir. 
Bununla yanaşı, xüsusilə qeyd edirik ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO