Qubada ədəbi-bədii tədbir keçirildi - FOTO

Qubada ədəbi-bədii tədbir keçirildi - FOTO

Hazırda oxunan: Qubada ədəbi-bədii tədbir keçirildi - FOTO

110682

Quba rayon icra hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə tanınmış şair Ramiz Qusarçaylının "Vətən" poemasının təqdimatına həsr olunan "Vətən" adlı ədəbi-bədii tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Quba İH, DTX-nin rayon şöbəsinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəsmiləri, bölgə yazarları, ictimaiyyət təmsilçiləri, Bakıdan gələn elm və sənət  nümayəndələri qatılıb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Qarabağ Müharibəsi  şəhidlərinin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Quba İH başçısı Ziyəddin Əliyev ölkədə dövlət və Prezident səviyyəsində milli -mənəvi dəyərlərə, sözə, sənətə  verilən dəyərdən danışaraq  Qusarçaylı yaradıcılığını yüksək qiymətləndirib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının  direktoru Yusif Alıyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli, Azərbaycan EA-nın Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-tərcüməçi Səlim Babullaoğlu Ramiz Qusarçaylı yaradıcılığı haqda öz ürək sözlərini danışıblar.

Sonda Quba İH başçısı Ziyəddin Əliyev şair Ramiz Qusarçaylını xidmətlərinə görə Quba İH-nin Fəxri Fərmanı və hədiyyə ilə təltif edib.

Şair Qusarçaylı göstərilən diqqətə görə tədbirin təşkilatçılarına, xüsusən rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO