“Şuşadakı aksiyaya müxaliflik edən qüvvələr istintaqa cəlb olunmalıdır” – DEPUTAT 

“Şuşadakı aksiyaya müxaliflik edən qüvvələr istintaqa cəlb olunmalıdır” – DEPUTAT 

Hazırda oxunan: “Şuşadakı aksiyaya müxaliflik edən qüvvələr istintaqa cəlb olunmalıdır” – DEPUTAT 

110648

Xankəndi-Şuşa yolunda keçirilən aksiya 9 gündür davam edir. Azərbaycanlı aktivistlər, media mənsubları və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən keçirilən aksiya Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Azərbaycanda aksiyaya müxalif olan qüvvələr də iş başındadır. Bizdən olanlar ermənilərdən fərqli olmayaraq, aksiyanı hər vəchlə gözdən salmaqdan ötrü cəmiyyəti müəyyən iyrənc fikirlər və fərziyyələrlə doldururlar.

Bu azmış kimi aksiyadan olan müxtəlif tipli görüntülərə əsassız şərhlər yazaraq, ictimai fikri azdırmağa çalışırlr.
 

MÖVZU İLƏ BAĞLI:

“Xüsusi təyinatlılarımız Qarabağa yeridilməlidir” - Razi Nurullayev


Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev sözügedən addımı xainlik ölkəyə, vətənə və millətə xainlik kimi dəyərləndirib:

“İlahi, ölkəmizdə nə qədər xain varmış...Bu tiplər vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda aksiyasını lağa qoyur, ermənilər yönündən işıqlandırır, erməni separatçılara sətiraltı, bəzən isə açıq-aydın dəstək ifadə edirlər.

Bu xainlikdir. Hökumət qarşısını almasa, bütün xalq o yola axışar. O ki, qaldı dövlətin onlara kömək etməsinə, niyə etməsin ki? Dövlət əslində ekofəallara nəzarət edir ki, qarşıdurma və təxribat olmasın.

Mən bu tip dirnaqarası “müstəqil jurnalistlər”in, ictimai çəkili şəxslərin, vətəndaşların da ciddi şəkildə istintaqa cəlb edilməsini və barələrində araşdırmaların aparılmasını tələb edirəm. Biz

Birinci Qarabağ müharibəsində 25 min, ikincidə 3100 şəhid vermədik ki, düşmən qüvvələrə satılmışlar onların ruhunu təhqir etsin.

Çox şeydə güzəşt olar, amma, vətəni, torpağı, ölkəni satmaq, onun üzərində karyera qurmaq, pul qazanmaq istəyənlərə, şəxsi incikliyinin qisasını Ermənistana qahmar çıxmaqla Azərbaycan dövlətindən almaq cəhdinə isə güzəşt olmaz”.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO