Təxirə salınmış Naxçıvan reyslərinin uçuş vaxtı məlum oldu

Təxirə salınmış Naxçıvan reyslərinin uçuş vaxtı məlum oldu

Hazırda oxunan: Təxirə salınmış Naxçıvan reyslərinin uçuş vaxtı məlum oldu

110610

Dekabrın 17-də əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 255/257 və 256/258 nömrəli reyslərin uçuş vaxtı məlum olub.

Bizim.Media “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, planlaşdırılan uçuşa qeydiyyatdan keçmək üçün bu gün, dekabrın 20-də hava limanına öncədən yaxınlaşmaq xahiş olunur.

Bakıdan bütün uçuşlar saat 14:20, 15:00 və 17:10-da həyata keçiriləcək. Naxçıvandan uçuşlar saat 16:40, 17:20 və 19:30-da yerinə yetiriləcək.

AZAL digər təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir. Onların cədvəli tezliklə dərc olunacaq.
Bununla yanaşı, xüsusilə qeyd edirik ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO