"Qəbələ" "Qarabağ"ı kubokdan kənarlaşdırdı

Hazırda oxunan: "Qəbələ" "Qarabağ"ı kubokdan kənarlaşdırdı

110466

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start verilib. 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə nəzərdə tutulan 2 qarşılaşmadan 1-i başa çatıb. 

"Qəbələ" evdə "Qarabağ"ı qəbul edib. İlk oyunu 2:2 hesabı ilə başa çatan komandaların bu matçı "Qəbələ"nin qələbəsi ilə başa çatıb - 1:0.  

Bununla da "Qarabağ"ı mübarizədən kənarlaşdıran Elmar Baxşıyevin komandası yarımfinala yüksəlib. 

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu dekabrın 20-də olacaq. "Turan Tovuz" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək. 

"Qəbələ" - "Qarabağ" - 1:0 

Qol: Ramon Maçado, 71 

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO