Kəlbəcər və Laçında SON VƏZİYYƏT - VİDEO

Kəlbəcər və Laçında SON VƏZİYYƏT - VİDEO

Hazırda oxunan: Kəlbəcər və Laçında SON VƏZİYYƏT - VİDEO

110344

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilən ərazilərimizdə mühəndis işləri davam etdirilir.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində cari il ərzində Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində mürəkkəb relyefli, o cümlədən çətin keçilən ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə ümumilikdə 334 km-dən çox yeni təminat yolu çəkilib.

Bundan başqa Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz, eyni zamanda, fasiləsiz hərəkətini təmin etmək məqsədilə 2022-ci ilin noyabr və dekabr ayları ərzində ümumilikdə 2564 km yol qar örtüyündən təmizlənib.
Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO