AK rəhbəri: “Rumıniya, Gürcüstan və Azərbaycan arasındakı elektrik xətti bizi Xəzər regionu ilə bağlayacaq”

AK rəhbəri: “Rumıniya, Gürcüstan və Azərbaycan arasındakı elektrik xətti bizi Xəzər regionu ilə bağlayacaq”

Hazırda oxunan: AK rəhbəri: “Rumıniya, Gürcüstan və Azərbaycan arasındakı elektrik xətti bizi Xəzər regionu ilə bağlayacaq”

110185

“Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir”.

Bizim.Media xəbər verir ki, bunu bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen dekabrın 17-də “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclasda deyib.

Ursula von der Leyen sözügedən sənəddə bərpaolunan enerjiyə geniş diqqət ayrılmasından məmnunluğunu ifadə edərək dedi:
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır” - Ursula von der Leyen


“Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Mən, sadəcə, onu deyə bilərəm ki, bu, çox iddialı bir layihədir. Bu layihə bizi həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq”.

O qeyd edib ki, bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə bizə təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO