“Azərişıq”ın iki əməkdaşını elektrik cərəyanı vurub, biri ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, hadisə bu gün saat 15:45 radələrində qeydə alınıb.
"Azərişıq ASC"nin Ağdaş şəhəri ərazisindəki elektrik şəbəkəsinin inzibati binasının həyətyanı sahəsində təmir işləri görən əməkdaşları - 1986-cı il təvəllüdlü Elşən Mustafayev və 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyevi elektrik cərəyanı vurub.
C.Nəbiyev hadisə yerində ölüb, yanıq xəsarətləri alan E.Mustafayev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:23 / 16.12.2022
“Azərişıq”ın iki əməkdaşını elektrik vurub – Ölən var
Hazırda oxunan: “Azərişıq”ın iki əməkdaşını elektrik vurub – Ölən var
Hazırda oxunan: “Azərişıq”ın iki əməkdaşını elektrik vurub – Ölən var
110072
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.