Emin ölkənin əsas səhnəsində musiqi ziyafəti verdi - FOTO/VİDEO 

Emin ölkənin əsas səhnəsində musiqi ziyafəti verdi - FOTO/VİDEO 

Hazırda oxunan: Emin ölkənin əsas səhnəsində musiqi ziyafəti verdi - FOTO/VİDEO 

109866

Xalq artisti Emin Ağalarov ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında canlı solo konsert proqramı ilə tamaşaçıların qarşısına çıxıb.

Bizim.Media xəbər verir ki, ənənəvi qış konsertlərinə sadiq qalan estrada ulduzu sevimli lirik, romantik kompozisiyalarını və rəqs hitləri ilə pərəştişkarlarının qəlbini oxşayıb. Musiqi ziyafətində Emin "Стоп, ночь", "Аmore", "Still
", "МММ" və digər nəğmələrini səsləndirib.

Dekabr axşamında səhnəni coşduran Ağalarov tamaşaçılarla yaxından ünsiyyət qurmaq üçün səhnədən enərək onlara tərəf gedib.

Bunu görən müğənnin pərəstişkarları Eminlə şəkil çəkdirməyə tələsiblər. Xalq artisti fanatları ilə səmimi ünsiyyət qurub və selfilər çəkdirib. "Dostlar çox sağolun. Sizi yaxından görmək istədim.

Hamıya salam. Sizin olduğunuz yerdə birazda qalsam səhnəyə geri qayıda bilməyəcəm", - deyə Emin gülərək bildirib.

Diqqət çəkən məqam isə tamaşaçıların E.Ağalarovun repertuarında səsləndirdiyi bir çox mahnıları onunla birgə əzbərdən ifa etmələri olub.

Heydər Əliyev Sarayında keçirilən ilk konsert günündə tamaşaçı izdihamı yaşanıb. Biletlər konsertdən xeyli əvvəl satılıb və bu səbəbdən sənətçi ikinci konserti vermək qərarına gəlib. Bununla da Emin ard-arda 2 gün - dekabrın 15 və 16-sında canlı konsert proqramı ilə çıxış edib. Gözəl səhnə tərtibatı, yüksək səviyyəli işıqlandırma və təbii ki, Xalq artistinin sevilən nəğmələri və zarafatları gecəni unudulmaz edib.

Əvvəlki bütün konsertlər kimi bu gecə də xeyriyyə məqsədi daşıyıb. Sarayın foyesində EMİN loqosu olan atributlar və geyimlər satılıb. Satışdan əldə olunan bütün gəlirlər ağır xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldilib.
Qeyd edək ki, Eminin çıxış etdiyi hər bir şəhərdə bütün gəlir seçilmiş uşaqlara gedir. Bu aksiya ənənəvi xarakter daşıyır və “Xeyirxahlığın Bumeranqı” adlanır. Aksesuarların satışından gələn məbləği sənətçinin özü ikiqat artırır və o, konsertdə qazandığı bütün pulları ianə edir. Buna görə də, bilet alan hər kəs bu xeyirxah işə öz töhfəsini verir. Bu dəfə qan xərçəngindən əziyyət çəkən Anar Eyvazova yardım göndəriləcək.

Tamaşaçılar arasında Qarabağ müharibəsi veteranları da olub. Qəhrəmanlar Emin Ağalarov haqqında həvəslə danışıb, onun öz şəxsiyyətlərinə qayğı və diqqətini qeyd ediblər.

Rəşad Əliyev, Bizim.Media














© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO