Polşa polis baş komendantının Ukraynadan gətirdiyi hədiyyə partladı

Polşa polis baş komendantının Ukraynadan gətirdiyi hədiyyə partladı

Hazırda oxunan: Polşa polis baş komendantının Ukraynadan gətirdiyi hədiyyə partladı

109840

Polşa polisinin baş komendantının kabinetində partlayış baş verib.  

Bizim.Media xəbər verir ki, bu barədə “Washington Post” Polşa Daxili İşlər Nazirliyinə istinadən yazıb. 

Məlumata görə, polşalı polisin dekabrın 11-12-də Ukraynaya işgüzar səfəri zamanı aldığı hədiyyə Varşavadakı polis qərargahında partlayıb. 

Polşa hüquq mühafizə orqanlarının məlumatına görə, baş komendant səfəri zamanı Ukrayna polis və fövqəladə hallar idarələrinin rəhbərliyi ilə görüşüb. Partlayan hədiyyə də ona Ukrayna xidmət rəhbərlərindən biri tərəfindən təqdim edilib.  

Nəticədə komandir və dövlət qulluqçusu yüngül xəsarət alıb. Polisin hədiyyə olaraq hansı əşyanı aldığı açıqlanmır. 

Partlayışdan sonra Polşa tərəfi müvafiq izahatların verilməsi xahişi ilə Ukrayna tərəfinə müraciət edib 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO