“Məktəb müəllimini işdən azad etmək mexanizmi yoxdur” - Nazir

“Məktəb müəllimini işdən azad etmək mexanizmi yoxdur” - Nazir

Hazırda oxunan: “Məktəb müəllimini işdən azad etmək mexanizmi yoxdur” - Nazir

109754

“Bu gün ölkədə məktəb müəllimini işdən azad etmək mexanizmi yoxdur. Çünki işdən çıxarılma ilə bağlı qərar veriləndə bütün iş sistemimiz iflic olur. Həm mənim qəbuluma yazılırlar, ya şöbə müdirlərinin yanına gəlirlər. Misal olaraq, məhkəmə də bizim qərarı dəstəkləyir, ancaq həmin adam qəbuluma gəlir ki, məni işə bərpa et”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən suallara cavabında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"2 min müəllim kvadratın perimetrini hesablaya bilmir" - Nazir 


Nazir müəllimlərin sertifikasiya imtahanında iştirakın könüllü olmamasına da aydınlıq gətirib:

“Əgər imtahanı könüllü etsəydik, onsuz da biliyinə güvənənlər rahat şəkildə gəlib imtahan verib uğur qazanacaq və maaşlarına əlavələr alacaqdı. Lakin diplomu saxta, biliyi olmayanların imtahana gəlməyə marağı olmayacaqdı”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO