Aİ-dən İrana XƏBƏRDARLIQ: “ Rusiyaya silah tədarükünə son verin”

Aİ-dən İrana XƏBƏRDARLIQ: “ Rusiyaya silah tədarükünə son verin”

Hazırda oxunan: Aİ-dən İrana XƏBƏRDARLIQ: “ Rusiyaya silah tədarükünə son verin”

109235

Avropa İttifaqı (Aİ) Rusiyaya hər hansı yeni silah, o cümlədən Ukraynaya qarşı müharibənin daha da gərginləşməsinə səbəb ola biləcək qısamənzilli ballistik raketlər tədarükü həyata keçirməməklə bağlı İrana xəbərdarlıq edib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının bəyanatında bildirilib. 

Qeyd edilir ki, Aİ Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyən bütün hərəkətlərə cavab verməyə və İranı, əlavə məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla, məsuliyyətə cəlb etməyə davam edəcək: 
“Avropa İttifaqı İran silahlarının, o cümlədən pilotsuz uçuş aparatlarının beynəlxalq, o cümlədən Avropa mənşəli komponentlərdən hazırlanması ilə bağlı xəbərləri böyük narahatlıqla qeyd edir və müvafiq tədbirlərin görülməsini nəzərdən keçirir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO