Biləsuvarda maye qaza tələbat artdığı üçün yanacaqdoldurma məntəqələrində növbələr yaranıb.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, dekabrın 13-15-də 3 gün müddətinə Biləsuvarda təbii qazın verilişi dayandırılacağı üçün məntəqələrə axın ediblər.
Onların sözlərinə görə, rayon ərazisində cəmi iki maye qazdoldurma məntəqəsi var ki, onların birində yanacaq bu gün günorta saatlarında bitib. Digər məntəqədə isə uzun növbə var.
Qeyd edək ki, dövlət proqramı çərçivəsində təbii qazın həcminin qəbul edilməsini, əhaliyə fasiləsiz və təhlükəsiz çatdırılmasını təmin etmək üçün "Astara-Qazməmməd" magistral qaz kəmərində aparılan təmir və yeni çəkilmiş boru hissəsinin mövcud qaz kəmərinə qoşulması işlərinə görə 3 gün rayonda qaz olmayacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:05 / 11.12.2022
Biləsuvarda yanacaqdoldurma məntəqələrində növbələr yarandı - SƏBƏB
Hazırda oxunan: Biləsuvarda yanacaqdoldurma məntəqələrində növbələr yarandı - SƏBƏB
Hazırda oxunan: Biləsuvarda yanacaqdoldurma məntəqələrində növbələr yarandı - SƏBƏB
109056
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.