Xaçmaz rayonunda bir ailə dəm qazından zəhərləndi

Xaçmaz rayonunda bir ailə dəm qazından zəhərləndi

Hazırda oxunan: Xaçmaz rayonunda bir ailə dəm qazından zəhərləndi

109025

Siyəzəndən sonra Xaçmaz rayonunda da bir ailə dəm qazından zəhərlənib.

Bizim.Media xəbər verir ki, rayonun Arzu kəndində 55 yaşlı Eldar və 50 yaşlı Yasəmən İsayevlər, 34 yaşlı Ayşın Musazadə, onun oğulları - 4 yaşlı Ömər və 2 yaşlı Fateh Musayev zəhərlənmə diaqnozu ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda onlara ilk yardım edilir.

Son gündə şimal bölgəsində dəm qazından zəhərlənənlərin sayı 7-yə çatıb. Xoşbəxtlikdən ölən olmayıb.

Yeri gəlmişkən, Siyəzənin Böyük Həmyə ķənd sakinləri - 72 yaşlı Şərafəddin Sahib oğlu və 66 yaşlı Qəsidə Budaq qızı Məmmədovĺar bu gün dəm qazından zəhərləniblər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO