Erməni tanklarını Bakıda yenə görəcəklər - Qənimətlər Parkı yaradılır

Erməni tanklarını Bakıda yenə görəcəklər - Qənimətlər Parkı yaradılır

Hazırda oxunan: Erməni tanklarını Bakıda yenə görəcəklər - Qənimətlər Parkı yaradılır

10894

Bakıda Hərbi Qənimətlər Parkı yaradılır.

Bizim.Media xəbər verir ki, park paytaxtın Xətai rayonu ərazisində yerləşir.

Geniş ərazini əhatə edən parkda tikinti işləri davam etdirilir.

 

MÖVZU İLƏ BAĞLI:

Zərfər Muzeyi üçün materiallar toplanılır - Nazirlik


Hərbi Qənimətlər Parkında Vətən müharibəsində Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunacaq.

Artıq inşa edilən parkın ərazisinə hərbi qənimətlərin bir qismi gətirilib. Burada “Qrad”lar, tanklar, toplar, hərbi avtomobillər və digər hərbi texnikalar var.

Park tam hazır olduqdan sonra isə ərazidə hərbi qənimətlər nümayiş etdiriləcək.

Qeyd edək ki, ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunan Zəfər paradı keçirilib. Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO