Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın iştirakı ilə “3+3” formatında regional əməkdaşlıq platformasının ikinci iclası yaxın aylarda baş tuta bilər.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
Onun sözlərinə görə, hazırda "3+3" formatında ikinci görüşün keçirilməsi ilə bağlı təşkilati məsələlərlə bağlı iş görülür. O, görüşün yaxın aylarda baş tutacağına ümid etdiyini vurğulayaraq deyib: “Bütün iştirakçılara, o cümlədən Gürcüstana dəvət göndərilə bilər”.
D.Qonçar iştirakçılar arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi maraqları naminə “3+3”in məsləhətçi regional platformanın yaradılmasının faydalı olacağına əmin olduqlarını söyləyib:
“Xatırladıram ki, 2021-ci ilin dekabrında Moskvada keçirilən təsis yığıncağı zamanı ümumi maraq doğuran mövzular bunlar olmuşdu: iqtisadi ticarət, nəqliyyat, mədəni-humanitar əlaqələrin inkişafı, habelə ümumi çağırışlara və təhdidlərə qarşı mübarizə”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:42 / 10.12.2022
“3+3” formatının növbəti iclası yaxında baş tuta bilər - Rusiya XİN
Hazırda oxunan: “3+3” formatının növbəti iclası yaxında baş tuta bilər - Rusiya XİN
Hazırda oxunan: “3+3” formatının növbəti iclası yaxında baş tuta bilər - Rusiya XİN
108880
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.