“Ermənistanın Baş naziri Nikol Paşinyanın Ararat bölgəsinə gözlənilməz səfərinin maraqlı və narahatedici təfərrüatlarını öyrəndik”.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "Joxovurd" qəzeti yazıb.
MÖVZU İLƏ BAĞLI:
Zəngəzurda daha bir ərazi Azərbaycana verilir - Erməni mediası
“Xüsusilə bölgədə narahat olan bəzi sakinlər deyiblər ki, Kərki kəndinin gələcək taleyi ilə bağlı məsələni Baş nazir Nikol Paşinyan qubernator Razmik Tevonyan və Ararat bölgəsinin alay komandiri ilə müzakirə edib”, deyə mənbə bildirib.
Qeyd edək ki, Kərki kəndi Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna daxil olan və Ermənistanda yerləşən anklavdır.
Bizim.Media