Rauf Hacıyevin 100 illik yubileyi ilə bağlı qala konsert keçirilib - VİDEO

Rauf Hacıyevin 100 illik yubileyi ilə bağlı qala konsert keçirilib - VİDEO

Hazırda oxunan: Rauf Hacıyevin 100 illik yubileyi ilə bağlı qala konsert keçirilib - VİDEO

108363

Görkəmli bəstəkar və dövlət xadimi Rauf Hacıyevin 100 illik yubileyi münasibəti ilə Heydər Əliyev sarayında “Bu həyat qədər” adlı estrada-caz konserti keçirilib. 

Konsertdə Qara Qarayev adına Dövlət Kamera Orkestri, “Qaya” Dövlət Ansamblı, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının Estrada Simfonik Orkestri, eləcə də tanınmış Xalq artistləri, gənc ifaçılar çıxış ediblər.

Tədbirdə bəstəkarın nəvəsi Mirzə Rüstəmov Bizim.Media-ya Rauf Hacıyevin 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsinə görə, ölkə başçısına təşəkkürlərini çatdırıb, həmçinin babasının Azərbaycan incəsənətinə xidmətlərindən söhbət açıb.

Böyük bəstəkarın digər nəvəsi Rüstəm Sultan isə Rauf Hacıyevin Azərbaycan musiqi sənətində özünəməxsus yerindən danışıb. Bir çox ifaçılar Rauf Hacıyev haqında fikirlərini bizimlə bölüşüblər.

Tədbir digər musqiçilərin də ifası ilə təntənəli şəkildə davam edib. 

Xatırladaq ki, Rauf Hacıyevin 100 illik yubileyi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən il ərzində müxtəlif tədbilərlə qeyd edilib.

Daha geniş məlumatla hazırladığımız video materialda tanış ola bilərsiniz.

Aləmdə Nəsib, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO