Olivye Jiru Fransa millisinin ən yaxşı bombardiri oldu

Olivye Jiru Fransa millisinin ən yaxşı bombardiri oldu

Hazırda oxunan: Olivye Jiru Fransa millisinin ən yaxşı bombardiri oldu

107841

İtaliyanın "Milan" klubunun hücumçusu Olivye Jiru bazar günü Tyerri Anrini keçərək Fransa millisinin bombardiri olub.

Bizim.Media xəbər verir ki, O.Jiru mundialın 1/8 finalında Polşa ilə görüşdə qol vurub. Hücumçu üçün bu qol Fransa millisindəki 52-ci olub ki, bu da ona bu göstərici üzrə millinin sabiq hücumçusu Anrini keçməyə imkan verib.

Turnirin qrup mərhələsinin ilk turunun Avstraliya yığması ilə oyununda (4:1) O.Jiru dubla imza atmışdı.

36 yaşlı O.Jiru 2021-ci ilin iyulundan "Milan"da çıxış edir. Komanda ilə birlikdə futbolçu ötən mövsüm İtaliya çempionu olub. Karyerası ərzində O.Jiru Fransanın “Qrenobl”, “İstres”, “Tours” və “Monpelye”, habelə İngiltərənin “Çelsi” və “Arsenal” klublarında çıxış edib və bu komandalarda üç dəfə İngiltərə Kuboku və Superkubokunu qazanıb.
“Çelsi”də çıxış edən fransalı futbolçu Çempionlar Liqası, Avropa Liqası və İngiltərə Kubokunun qalibi olub. Monpelyenin rənglərini qoruyan hücumçu Fransa çempionatının qalibi olub.

Milli komanda ilə birlikdə O.Jiru Dünya Çempionatının qalibi (2018) və Avropa çempionatının gümüş mükafatçısı olub (2016).

Yeri gəlmişkən, Didye Deşamın rəhbərlik etdiyi kollektiv 1/8 finalda Polşa millisinə 3:1 hesabı ilə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO