Məşhur britaniyalı səyyah KİYEVDƏ – “Burada insanlar sağ qalmaq üçün mübarizə aparır”- FOTO 

Məşhur britaniyalı səyyah KİYEVDƏ – “Burada insanlar sağ qalmaq üçün mübarizə aparır”- FOTO 

Hazırda oxunan: Məşhur britaniyalı səyyah KİYEVDƏ – “Burada insanlar sağ qalmaq üçün mübarizə aparır”- FOTO 

107400

Məşhur britaniyalı səyyah, teleaparıcı və yazıçı Beyar Qrils Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Bizim.Media xəbər verir ki, səyyah Kiyevə səfərindən və Zelenski ilə görüşündən foto və təəssüratlarını rəsmi “İnstagram” hesabında paylaşıb.  

Qrils bildirib ki, ölkə qışa yaxınlaşdıqca və mülki infrastrukturlar hücuma məruz qaldıqca, milyonlarla insan üçün sağ qalmaq əsl gündəlik mübarizəyə çevrilir.

Gördüklərinə dair veriliş hazırlayacağının anonsunu verən səyyah qeyd edib ki, tezliklə, dünya prezident Zelenskinin indiyədək heç vaxt göstərilməyən tərəfini görəcək. 

Sonda Qrils Volodimir Zelenskiyə ölkəsinin belə çətin zamanlarında göstərdiyi qonaqpərvərliyinə görə təşəkkür edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO