İsmayıllıda şəhidin xatirəsinə həsr olunan filmin təqdimatı oldu – FOTO

İsmayıllıda şəhidin xatirəsinə həsr olunan filmin təqdimatı oldu – FOTO

Hazırda oxunan: İsmayıllıda şəhidin xatirəsinə həsr olunan filmin təqdimatı oldu – FOTO

106839

İsmayıllıda Vətən müharibəsi şəhidi Cəmil Məmmədlinin xatirəsinə həsr edilən “Elə bir ömür yaşayacam ki...” filminin təqdimatı keçirilib.

Bizim.Media-nın yerli bürosu məlumat verir ki, təqdimat mərasimində şəhid ailələri, qazilər, şəhidin təhsil aldığı ali məktəbin əməkdaşları, eləcə də YAP İsmayıllı rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları iştirak edib.

İştirakçılar əvvəlcə şəhid Cəmil Məmmədlinin həyat və döyüş yolunu əks etdirən sərgiyə baxıb. 

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canından keçən vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Təqdimatda çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışıb.
Qeyd ediblər ki, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün çəkilmiş bu cür sənədli filimlər gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir.

Şəhidin anası Aygün Məmmədova filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirib.

Daha sonra Mehriban Sadıqovanın ssenarisi əsasında çəkilən “Elə bir ömür yaşayacam ki...” filmi nümayiş olunub.

Filimdə Cəmil Məmmədlinin həyatı və şərəfli döyüş yolu barədə yaxınları, müəllimləri, döyüş yoldaşları, dostlarının xatirələri yer alıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO