İran milli komandasının azərbaycanlı üzvündən ETİRAZ - Yığmadan ayrıldı

İran milli komandasının azərbaycanlı üzvündən ETİRAZ - Yığmadan ayrıldı

Hazırda oxunan: İran milli komandasının azərbaycanlı üzvündən ETİRAZ - Yığmadan ayrıldı

106720

İranda xalq etirazlarının yatırılması və repressiyalara etiraz əlaməti olaraq bir çox tanınmış idmançı, sənət adamı və aparıcı istefa verib. 

Bizim.Media xəbər verir ki, əslən Güney Azərbaycanın Zəncan əyalətinin Xudabəndə şəhərindən olan  tanınmış idmançı və İran milli taekvando komandasının üzvü Əkrəm Xudabəndəli milli komandadan ayrılıb.

Azərbaycanlı idmançı özünün sosial media hesabında etdiyi paylaşımda 12 illik idman fəaliyyətindən sonra İran milli yığmasını tərk etmək qərarına gəldiyini yazıb.

Əkrəm Xudabəndəli İran qadın taekvandoçuları arasında ən güclü idmançılardan sayılır.

O, 12 illik peşəkar idman fəaliyyəti dövründə bir neçə dəfə Asiya və dünya çempionatlarına qatılıb, qızıl və gümüş medallar qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO