Milli Məclisin təsdiq etdiyi 246 manat işə yarayacaqmı? - AÇIQLAMA

Milli Məclisin təsdiq etdiyi 246 manat işə yarayacaqmı? - AÇIQLAMA

Hazırda oxunan: Milli Məclisin təsdiq etdiyi 246 manat işə yarayacaqmı? - AÇIQLAMA

106652

Xəbər verdiyimiz kimi, “2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda Milli Məclisin müzakirəsinə çıxarılıb və qəbul olunub. Ona əsasən, 2023-cü il üçün Azərbaycanda yaşayış minimumu ölkə üzrə 246 manat səviyyəsində müəyyən olunub. Əmək qabiliyyətli əhali üçün bu rəqəm 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirir ki, Azərbaycanda 2023-cü il üçün yaşayış minimum 246 manat həcmində müəyyənləşdirilməsi hazırkı bahalaşma prosesi ilə uyğun deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Yaşayış minimumu və ehtiyac meyarının həddi bərabərləşdirilir 


“Ötən ayın məlumatlarına görə, Azərbaycanda ərzaq məhsullarının qiyməti 21 faiz bahalaşıb. Ona görə də, yaşayış minimunu ona uyğun olaraq 246 manat civarında müəyyən ediblər. Əslində isə ərzaq məhsullarının əksəriyyəti 30-40 faiz arası bahalaşıb. Burada həmçinin ilin son iki ayının məlumatları yer almayıb.

Hansı ki, noyabr və dekabr aylarında inflyasiya daha da sürətlənəcək. Kənd təsərrüfatı mövsümü artıq bitib.

Onun ardınca ölkəyə xaricdən məhsul idxalı daha da intensivləşir. Xaricdən gələn məhsul isə bahalaşmaya meylli olur. Onu nəzərə alaraq demək olar ki, ilin son iki ayında inflyasiya hər ay üzrə 3-4 faizə qədər qalxacaq. Belədə ilin sonunadək daha 10 faizlik bahalaşma baş verəcək.

Gələn ilin əvvəlində də ciddi bahalaşma gözlənilir. Bu amili nəzərə alanda yaşayış minimumunun gələn il üçün 246 manat səviyyəsində müəyyən edilməsi kifayət qədər aşağı rəqəmdir və reallığı əks etdirmir. Azərbaycanda bir nəfərin aylıq yaşayış minimumu ən azı 350-400 manat civarında olmalıdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO