Çində 3-cü gündür kütləvi etirazlar keçirilir - VİDEO

Çində 3-cü gündür kütləvi etirazlar keçirilir - VİDEO

Hazırda oxunan: Çində 3-cü gündür kütləvi etirazlar keçirilir - VİDEO

106559

Çinlilər kütləvi şəkildə karantinə alınır. Küçələrdə davamlı reydlər olur. Bəziləri sosial şəbəkələrdə yazır ki, artıq üç aydır ki, bayıra çıxa bilmirlər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı xarici mətbuat yayıb.

Mənbə yazır ki, yeni xəstəliklər dalğasının öhdəsindən gəlmək üçün Quançjouda 87 min nəfərlik karantin düşərgəsi tikilir.

Çinin Urumçi şəhərində hündürmərtəbəli binada baş verən yanğın 44 nəfərin həyatına son qoyduqdan sonra yerli sakinlər küçələrə axışıb. Covid məhdudiyyətlərinə görə evin qapıları çöldən bağlı olub.

İnsanlar məhdudiyyətlərin yumşaldılmasını, ticarət mərkəzlərinin, məktəb və restoranların açılmasını, covid mərkəzlərinin tikintisinin dayandırılmasını tələb edirlər.
Hökumət də öz növbəsində narazılığı yatırmaq üçün şəhərlərə hərbi texnika yeridir.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO