Sentyabr təxribatlarında şəhid olan Şair Heydərovun qızı dünyaya gəlib – ÖZƏL+FOTO 

Sentyabr təxribatlarında şəhid olan Şair Heydərovun qızı dünyaya gəlib – ÖZƏL+FOTO 

Hazırda oxunan: Sentyabr təxribatlarında şəhid olan Şair Heydərovun qızı dünyaya gəlib – ÖZƏL+FOTO 

106471

Sentyabrın 13-də Ermənistanın sərhəddə törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Şair Heydərovun qız övladı dünyaya gəlib. 

Bu barədə Bizim.Media-ya özəl olaraq şəhidin atası, Qusarın Mucuq kənd sakini Camal Heydərov məlumat verib. 

Onun sözlərinə görə, yeganə oğlunun körpəsi Qusar rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. 

Camal Heydərov qeyd edib ki, körpəyə atasının arzuladığı Yeganə adı verilib: 

"Oğlum Şair şəhid olduğu gün mənimlə, anası və həyat yoldaşı ilə telefonla danışdı. Hamımıza tapşırdı ki, qızım olsa, adını Yeganə qoyun. Biz də Şairin arzusunu yerinə yetirdik. Elə bil ürəyinə dammışdı ki, şəhid olacaq". 
Qusar rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin həkim-ginekoloqu Viktoriya Pirseyidova şəhid xanımının və körpənin vəziyyətinin stabil olduğunu bildirib.

Körpə 3,8 kiloqram doğulub və sağlamdır. 

Qeyd edək ki, qusarlı hərbi qulluqçu Şaif Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixli sərəncamı ilə ölümündən sonra "3-cü dərəcəli Rəşadət Ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO