Cüdo üzrə Azərbaycan çempionatı KEÇİRİLƏCƏK

Cüdo üzrə Azərbaycan çempionatı KEÇİRİLƏCƏK

Hazırda oxunan: Cüdo üzrə Azərbaycan çempionatı KEÇİRİLƏCƏK

106467

Dekabrın 2-də Bakı İdman Sarayında cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı keçiriləcək. 

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, 4 gün davam edəcək yarışda 400-ə yaxın cüdoçu 56 medal və çempionluq titulu uğrunda mübarizə aparacaq. Fərdi yarışlar 2-4 dekabrda, komanda yarışları isə 5 dekabrda baş tutacaq. 

Yarış hər gün saat 10:00-da başlayacaq, final görüşləri isə saat 16:30-da keçiriləcək. Çempionatı canlı olaraq judo.az saytından izləmək mümkün olacaq. 

Qeyd edək ki, dekabrın 3-də yarışın açılış mərasimi keçiriləcək.Tədbir 16:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO