Prezident: “İşğalla bağlı vəziyyəti BMT deyil, Azərbaycan ordusu və xalqı dəyişdi”

Prezident: “İşğalla bağlı vəziyyəti BMT deyil, Azərbaycan ordusu və xalqı dəyişdi”

Hazırda oxunan: Prezident: “İşğalla bağlı vəziyyəti BMT deyil, Azərbaycan ordusu və xalqı dəyişdi”

106356

“Müxtəlif ölkələrin ərazi bütövlüyünə fərqli yanaşması mövcuddur”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda sualları cavablandırarkən bildirib.

İlham Əliyev bildirib ki, işğal dövründə postsovet məkanında münaqişələrə yanaşmaların fərqli olmasına görə, Azərbaycan həmişə məyus olub:
 

MÖVZU İLƏ BAĞLI:

“Əgər gücünüz varsa, özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz” - Dövlət başçısı


“Ukraynaya qədər Gürcüstanda, Moldovada münaqişələrdən söhbət gedəndə həmin ölkələrin ərazi bütövlüyünü aşkar şəkildə dəstəkləyirdilər. Azərbaycanla bağlı halda biz vasitəçilərdən heç vaxt belə açıq yanaşma və ya bəyanat eşitmədik. Bizə, sadəcə, deyirdilər: “Siz razılığa gəlməlisiniz”. Amma biz soruşanda ki, “BMT Təhlükəsizlik Şurasının qətnamələri necə olsun?”, cavabında susurdular. “Helsinki Yekun Aktı necə olsun?”, cavabında susurdular. Onda biz dedik: “Yaxşı! Bu reallıqdır və biz bu reallığı dəyişəcəyik”. Biz bu reallığı dəyişməyə hazırlaşmağa başladıq. Məsələ belə olub”.

Dövlətimizin başçısı vurğulayıb ki, vəziyyəti beynəlxalq hüquq deyil, BMT deyil, Ermənistanın konstruktiv yanaşması deyil, bizim ordu, bizim xalq, bizim siyasi iradəmiz dəyişib:

“Beləliklə, reallıq dəyişdirilməli idi. Bunu etməyə gücün varmı? Gücün varsa, bunu edirsən, yoxdursa, güc toplayırsan. Əgər sakit həyat istəyirsənsə, bu gerçəkliklə razılaşırsan. Biz başqa yol seçdik. Məndən soruşurdular ki, yuxusuz gecələrim olubmu? Bəli, işğal dövründə qəzəb hissinə görə, çox yuxusuz gecələrim olub.
Ona görə yox ki, nə isə baş verə bilər, bəzən onu başa düşdüyümə görə ki, bu, ədalətsizlik dünyanın necə idarə edilməsinin nəticəsidir. Biz yalnız müharibədə qalib gələndən sonra məndə ədalətə inam hissi əmələ gəldi. Mən ədalətə yenidən inanmağa başladım. Buna görə də sonda nə olacağını yenə bilmirəm. Bizimlə nə etdikləri aydındır. Bizim ərazi bütövlüyünün bərpasına yanaşmamız da məlumdur. Yəni, güclü olmaq lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO